Mövsümdə ilk

“Zirə” premyer liqada mövsümü böyük hesablı qələbə ilə başa vurub. Allsport.az saytı xəbər verir ki, 28-ci turun “Sabah”la səfər oyununda əldə olunan 3:0 hesablı qələbə mövsümdə ilk belə nəticə olub. 

Ümumilikdə, “qartalar” 6-cı belə qələbəsini qazanıb. Debüt mövsümü olan 2015/16 mövsümündə iki dəfə belə nəticə ilə qalib gələn komanda ilk uğuruna 2016-cl il fevralın 27-də “Neftçi” ilə ev oyununda imza atıb – 3:0. 

2015/16 və 2017/18 mövsümlərinin hərəsində iki belə qələbəsi olan qəsəbə təmsilçisi 2016/17 və 2018/19 mövsümlərində bir dəfə fərqli hesabla qalib gəlib. “Zirə”nin altı böyükhesablı qələbəsindən dördü səfərdə, ikisi evdə qeydə alınıb. Komanda beş dəfə üç, bir dəfə dörd top fərqi ilə qalib gəlib.

Qeyd edək ki, “Sabah”la matçdakı qalibiyyət “Zirə”nin bütün turnirlərdə ümumilikdə 13-cü böyükhesablı qələbəsi olub.

Həmin kateqoriyadan