“Mübarizə aparmaqla yanaşı, qol vurmaq çox önəmlidir”

Topaz Premyer liqasının 11-ci turunda “Xəzər Lənkəran” klubu doğma divarlar arasında “Simurq”u minimal hesabla üstələyib. Allsport.az saytı xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Oğuz Çətin son matçlarda qol vurduqlarına sevindiyini deyib:

“Elə oyunlar var ki, daha çox mübarizə aparmalısan. Biz bu gün fiziki cəhətdən güclü, yaxşı müdafiə olunan komandaya qarşı oynadıq. Mübarizə aparmaqla yanaşı, qol vurmaq çox önəmlidir.

Son oyunlarda rəqibdən asılı olmayaraq, qol vururuq. Rəqiblərimizlə xal fərqini aradan qaldırmaqdayıq. Məqsəd fasilədən istifadə edib, növbəti görüşlərə daha yaxşı hazırlaşmaqdır”.

Həmin kateqoriyadan