“Müdafiədə də həddən artıq diqqətli olmalıyıq”

“Qarabağ” çempionlar liqasının 2-ci təsnifatında sabah İsveçrənin “Sürix” klubunu qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, oyun öncəsi mətbuat konfransında komandamızın baş məşqçisi Qurban Qurbanov bunu deyib:

“Rəqibin son oyunlarını təhlil etmişik. Onların “Yanq Boyz”la (0:4) son matçdakı hesabı aldadıcı ola bilər. Fərqli sistemdə çıxış edirlər. Son illər, bəlkə də, ən çox diqqət etməli olduğumuz oyundur.

Rəqibi yaxından tanımırıq. Oyunun gedişində tanıyacağıq. Adətən ilk görüşdən sonra rəqibi daha yaxından tanımaq olur. “Sürix” sona 4 tur qalmış İsveçrə çempionu olan komandadır. Bu da onların gücündən xəbər verir.

Hücumda oynamaq öz yerində, amma müdafiədə də həddən artıq diqqətli olmalıyıq. Meydanda öz oyunumuzu düşünməklə yanaşı, rəqibin də əks-hücumlarına hazırlıqlı olmalıyıq”.

Həmin kateqoriyadan