Mundial yenidən təhlükə altında

FİFA-nın 5 rəsmisi 2022-ci il mundialının ev sahibinin seçilməsində xüsusi «fəallığına» görə İsveçrə məhkəməsinin təhqiqatlarına cəlb oluna bilər. «Allsport.az» xəbər verir ki, bunu FİFA prezidentliyinə namizəd Jerom Şampan deyib. FİFA-nın keçmiş baş katibinin sözlərinə görə, əgər onların hər hansı bir formada bu seçimlərdə iştirakı üzə çıxarsa, 2022-ci il Dünya Kubokunun ev sahibinin seçimləri ləğv edilə bilər. «Mən günahsızlıq prezumpsiyasının tərəfdarıyam. Lakin hər bir kəs səsvermənin necə keçdiyini bilməlidir. Əgər hətta bir səsdə ədalətsizliyə yol verilibsə, nəticələrə yenidən baxılmalıdır. Qeyd edək ki, Qətər 8-ə qarşı 14 səs olmaqla bu seçkidə qalib gəlmişdi. 5 nəfərin səsi bu halda xüsusi əhəmiyyət kəsb edə bilər.

Həmin kateqoriyadan