- Baxış sayı: 22
- 04 Avqust 2026 10:58
- Baxış sayı: 238
- İyul 30, 2026
- 0

Bosniya və Hersoqovina millisinin hücumçusu Edin Ceko karyerasını Almaniyada davam etdirəcək.
Allsport.az xəbər verir ki, “Şalke” 40 yaşlı futbolçu ilə yeni müqavilə imzaladığını açıqlayıb.
Yeni sözləşmə bir mövsüm üçün nəzərdə tutulub. Ceko avqustun 4-də komandanın məşqlərinə qoşulacaq və əvvəlki kimi 10 nömrəli formanı geyinəcək.
Təcrübəli hücumçu yeni müqavilədən sonra fikirlərini də bölüşüb:
“Hələ də uğur qazanmaq istəyim böyükdür və Bundesliqada komandama kömək etmək istəyirəm. Qışda “Şalke”yə qoşulduğum gündən əla kollektivin üzvünə çevrildim və azarkeşlərimizin inanılmaz dəstəyini hiss etdim. Bundesliqaya yüksəlmək karyeramın ən yaddaqalan anlarından biri idi. Futbol bütün həyatım boyu mənə sevinc və motivasiya verib”.
Ceko 2026-cı ilin qışında azad agent kimi “Şalke”yə transfer olunmuşdu. O, komandasının 2025/26 mövsümündə 2-ci Bundesliqanın qalibi olaraq elitaya yüksəlməsində mühüm rol oynamışdı. 2026/27 mövsümü bosniyalı hücumçunun peşəkar karyerasında 23-cü mövsüm olacaq.