- Baxış sayı: 73
- 25 İyun 2026 19:10
- Baxış sayı: 92
- İyun 26, 2026
- 0
Beynəlxalq dərəcəli hakim-inspektor, AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin əməkdaşı Murad Məmmədov yeni təyinat alıb. Allsport.az xəbər verir ki, futzal üzrə UEFA Kubokunun elit-raund mərhələsinin A qrupunda keçiriləcək oyunların hakim-inspektoru Murad Məmmədov olacaq.
İspaniyanın “İnter FS”, Belarusun “Lidselmash Lida”, Fransanın “Kremlin Bicetre United” və Sloveniyanın “Dobovec” komandalarının mübarizə aparacağı A qrupunun oyunları noyabrın 12-dən 15-dək İspaniyanın Torrexon-de-Ardos şəhərində keçiriləcək.