Nəzərovla İsrafilovun milliyə çağırılmamasının səbəbi

Mllilimizin keçmiş futbolçuları Eddi İsrafilovla Dmitri Nəzərovun yığmaya çağırılmamasının səbəbi bəlli olub. Allsport.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Canni de Byazi “CBC sport” telekanalındakı “Start” verilişində deyib. İtaliyalı mütəxəssis, pandemiya vaxtı ölkə xaricində çıxış edən futbolçuların milliyə gəlməsi çox çətin olduğunu söyləyib:

“Bu, əsasən millətlər liqasında oynadığımız vaxtlara təsadüf etdi. Onda qərara gəldim, daha çox Azərbaycan premyer liqasında oynayan futbolçulara üstünlük verim. Demək olar ki, ancaq onlara dəvət göndərdik. Eddi İsrafilovu pandemiya səbəbindən çağırmadım. Amma daim əlaqədə idik. İyundan sonra klubsuz qaldı. Ona görə də 2022-ci il dünya çempionatının seçmə mərhələ matçlarına çağırılmadı. Nəzərova gəlincə, bu, mənim texniki qərarım idi. Əvəzində, başqa oyunçulara üstünlük verdim”.

Dmitri Nəzərov hazırda Almaniyanın II Bundesliqa təmsilçisi “Ersgebirge”də çıxış edir. Hazırda İspaniyanın “Luqo” klubunda baxışda olan Eddi İsrafilovun son komandası isə “Albasete” olub.

Həmin kateqoriyadan