“Nəzarət bizdə olsa da, təhlükəli nəsə edə bilmirdik“

Premyer liqanın 30-cu turunda “Sumqayıt” evdə “Zirə” ilə 0:0 heç-heçə edib. Allsport.az xəbər verir ki, “kimyaçılar”ın baş məşqçisi Samir Abbasov oyun haqda danışıb:

“İlk 10-12 dəqiqədə komandamda çaşqınlıq baş vermişdi. Oyuna nəzarəti ələ keçirəndən sonra bir az rahatlaşdıq. Nəzarət bizdə olsa da, təhlükəli nəsə edə bilmirdik. Amma ikinci hissədə daha ürəkli olduq, başqa futbol oynadıq. Komanda pis oyun sərgiləmədi, turnir cədvəlindəki yeri pis deyil. Bu gün düşünmürəm ki, azarkeşlərimizi üzəcək bir şey etdik. Onlar pis günümüzdə də, yaxşı günümüzdə də yanımızda olmalıdır”.

Həmin kateqoriyadan