“Napoli” ÇL-in kubokunu qazanarsa, çılpaq şəkildə Neapolu üstü açıq avtobusla gəzəcək

Model Poala Saulino, sevimli komandasının çempionlar liqasının kubokunu qaldıracağı halda, şəhərdə üstü açıq avtobuslarda çılpaq parad keçirəcəyini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, uşaqlıqdan “Napoli” azarkeşi olan 33 yaşlı gözəlçə bunu deyib: “Çılğın bir şey edəcəyimi bilin. Neapolun hündür yerində açıq avtobusda çılpaq vəziyyətdə bunu qeyd edəcəyəm.

Bu mənim edə biləcəyim və ödəyə biləcəyim şeydir. Düzünü desəm, hesab etmirəm ki, avtobus icarəyə götürmək dünyanın ən bahalı işidir. Bəlkə 3000 avroya başa gələr və mənə avtobus kirayələyən və ya bu xidməti göstərən insanlar tapılacaq”.

Həmin kateqoriyadan