- Baxış sayı: 32
- 23 Sentyabr 2026 16:44
- Baxış sayı: 275
- Sentyabr 17, 2026
- 0

“Qalatasaray” “Napoli”dən niderlandlı cinah oyunçusu Noa Lanqı heyətinə qatıb.
Allsport.az xəbər verir ki, 26 yaşlı futbolçu artıq İstanbula gəlib.
İstanbul təmsilçisi Lanqı mövsümün sonunadək 2 milyon avro qarşılığında icarəyə götürüb. Müqavilədə məcburi olmayan 30 milyon avroluq satın alma bəndi də var.
Karyerası ərzində “Ayaks”, “Brügge” və PSV kimi klublarda çıxış edən vinger cari mövsüm “Napoli” ilə 27 matçda 1 qol və 2 ötürmə ilə yadda qalıb.