Naxçıvan futbol federasiyası dayanmır – Bu dəfə minifutbol yarışı keçirilir

Naxçıvan futbol federasiyası dayanmır – Bu dəfə minifutbol yarışı keçirilir

Bu gün akt zalında Naxçıvan futbol federasiyasının və Azərbaycan minifutbol federasiyasının birgə təşkilatçılığı ilə yarış iyul – sentyabr aylarını əhatə edəcək. Allsport.az saytı xəbər verir ki, ilk dəfə keçiriləcək “Naxçıvan muxtar respublikasının 1-ci minifutbol kuboku”nun püşkatma mərasimi olub. Yarışda iştirak edəcək 20 komandanın nümayəndəsi iştirak edib.

Tədbirdə turnirin əsasnaməsi, oyunların keçirilmə qaydaları və təşkilati məsələlər barədə iştirakçılara ətraflı məlumat verilib. Sonra püşkatma keçirilib, komandalar qruplara bölünüb. Püşkatma mərasimində iştirak edən komandaların nümayəndələri adından çıxış edən veteran futbolçu İlham Məmmədov, Azərbaycan minifutbol və Naxçıvan futbol federasiyalarına təşəkkürünü bildirib.

O, komandalara uğurlar arzulayıb və turnirin Naxçıvanda minifutbolun inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Həmin kateqoriyadan