Naxçıvan klubunda yeni çalışdırıcı

Elmar Baxşıyev “Araz-Naxçıvan”ın baş məşqçisi təyin olunub.

Allsport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Mütəxəssislə bu gün müqavilə imzalanıb, ardınca klub rəhbərliyi tərəfindən komanda üzvlərinə təqdim olunan baş məşqçi kollektivi ilk məşqinə çıxarıb.

Məşqçilər korpusunda da dəyişiklik edilib. Xaqani Məmmədov və Rasim Ramaldanov köməkçi-məşqçi təyin olunublar.

Baxşıyev futbolçu karyerası ərzində “Xəzər Universiteti”, “İnter”, “Xəzər-Lənkəran”, “Neftçi” və “Qəbələ” klublarının formasını geyinib, Azərbaycan millisinin heyətində 30-dan artıq oyun keçirib. Baş məşqçi kimi “Qəbələ”ni çalışdıran mütəxəssis Azərbaycan kubokunun qalibi olub.

Həmin kateqoriyadan