- Baxış sayı: 23
- 16 Sentyabr 2026 23:14
- Baxış sayı: 77
- Sentyabr 16, 2026
- 0

Allsport.az saytı xəbər verir ki, ilk dəfə təşkil olunan və 2 aya yaxın davam edən oyunun finalı Uzunoba təlim-məşq bazasında dövlət himninin səsləndirilməsi ilə başlayıb. Həlledici görüşdə “Prestij” MFK “Cahan”ı 6:5 hesabı ilə məğlub edib.
Finaldan sonra mükafatlandırma olub. Mərasimdə Naxçıvan muxtar respublikasında Azərbaycan Respublikası prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, Naxçıvanın gənclər və idman nazirinin müavini Məcid Seyidov, Azərbaycan minifutbol federasiyasının prezidenti Orxan Məmmədov, Naxçıvan futbol federasiyasının vitse-prezidenti Arif Xudiyev, baş katib Raqif Abbasov və digər rəsmi qonaqlar iştirak ediblər.
Yarışın yekunlarına əsasən fərdi nominasiyalar üzrə də qaliblər müəyyənləşib. “Araz Naxçıvan”ın üzvü Bilal Nağıyev turnirin ən yaxşı qapıçısı, “Cahan MFK”nın futbolçusu Əsgər Əsgərov ən yaxşı oyunçusu, Samir Kərimov isə ən məhsuldar futbolçusu seçilib.
Mükafatlandırma mərasimində turnirin qalibi “Prestij” MFK-ya kuboku Azərbaycan minifutbol federasiyasının prezidenti Orxan Məmmədov təqdim edib.