- Baxış sayı: 119
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 220
- Avqust 05, 2026
- 0

Almaniya ikinci Bundesliqasında 3-cü turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası – “Karlsrue” də növbəti matçına çıxıb.
Futbolçumuzun komandası səfərdə “Frankfurt”la qarşılaşıb. Matç “Karlsrue”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Dmitri qarşılaşmanın 67-ci dəqiqəsində meydana çıxıb. 90-cı dəqiqədə isə o, sarı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, üç turdan sonra Nazarovun komandası 3 xalla 9-cu pillədə qərarlaşıb.