Nazir Marseldə “Qarabağ”ın məşqini izləyib

Gənclər və idman naziri Fərid Qayıbov, konfrans liqasının 1/16 finalında “Qarabağ”ın “Marsel” klubuna qarşı oyununu canlı izləyəcək.

Allsport.az saytı xəbər verir ki, o, dünən Pekindən Fransaya yollanıb, oyun öncəsi komandamızın məşqində olub. Naziri klubun baş meneceri Asif Əsgərov müşayiət edib.

Tərəflər arasında görüş Bakı vaxtı ilə bu gecə saat 00:00-da başlayacaq.

Həmin kateqoriyadan