- Baxış sayı: 61
- 20 Sentyabr 2026 14:44
- Baxış sayı: 177
- Sentyabr 17, 2026
- 0

UEFA konfrans liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Neftçi” – Minsk “Dinamo” oyununun hakim təyinatları açıqlanıb.
Allsport.az xəbər verir ki, qarşılaşmanı Kiprdən olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Konstantinos Fellas olacaq. Ona yan xətt hakimləri Marios Kaloqirou və Giorgios Xaralampus kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Konstantinos Neofitu yerinə yetirəcək.
“Neftçi” – “Dinamo” oyunu iyulun 22-də “Palms Sports Arena”da keçiriləcək və saat 20:00-da başlayacaq.