“Neftçi” himayədarı çempionlar liqasının rəsmi tərəfdaşı oldu

“Türk hava yolları” aviaşirkəti final oyunu 2023-cü ildə İstanbulda çempionlar liqasının rəsmi sponsoru olub. Allsport.az saytı xəbər verir ki, qardaş ölkənin idman tarixinin ən mühüm əməkdaşlığı, həm də UEFA ali klub yarışının iyunun 10-da Atatürk olimpiya stadionunda keçirilməsi ilə xüsusi əhəmiyyət kəsb edir.

Anlaşma ilə bağlı rəsmi mərasim “Türk hava yolları” idarə heyətinin və icraiyyə komitəsinin sədri Əhməd Polad, şirkətin yüksəkvəzifəli rəsmiləri, Avropa futbol assosiasiyaları birliyinin prezidenti Aleksandr Çeferin və UEFA-nın marketinq direktoru Qay-Laurent Epsteinin iştirakı ilə İstanbulun Xalic konqres mərkəzində baş tutub.

THY bununla dünyada ÇL-ə himayədarlıq edən ilk aviaşirkət olub. “Türk hava yolları” eyni zamanda, Bakının “Neftçi” klubunun aparıcı sponsorlarındandır.

Həmin kateqoriyadan