“Neftçi” ilə oyun öncəsi UEFA-dan qərar. “Beşikdaş” neçə min avro ziyana düşdü?

Konfrans liqasının 3-cü ələməsində “Neftçi”nin rəqibi olan “Beşikdaş” UEFA tərəfindən cəzalandırılıb. Allsport.az saytı xəbər verir ki, buna 2-ci təsnifat mərhələsinin “Tirana” (Albaniya) ilə cavab görüşündə azarkeşlərin intizamsız davranışları səbəb olub.

Türkiyə klubu 40 min avro ziyana düşüb. Bənzər hadisə təkrarlanacağı təqdirdə, növbəti səfər oyununda “qara qartallar” azarkeş dəstəyindən məhrum olacaq.

“Neftçi” və “Beşikdaş” arasında ilk matç 10 avqustda Bakıda, cavab görüşü ayın 17-də İstanbulda keçiriləcək.

Həmin kateqoriyadan