- Baxış sayı: 24
- 27 Aprel 2024 21:00
- Baxış sayı: 51
- Aprel 23, 2024
- 0
“Bunu bacardığımız üçün sevincliyəm. Gözlənildiyi kimi, rəqibə qol imkanı vermədik. Əlimizə düşən fürsətləri də dəyərləndirdik və 2 qolla qalib gəldik”.
Allsport.az saytı xəbər verir ki, bu sözləri “Beşikdaş”ın baş məşqçisi Şenol Günəş UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Tirana” (Albaniya) ilə səfər oyunundan sonra türkiyəli jurnalistlərə açıqlamasında deyib.
İlk matçda rəqibini 3:1 hesabı ilə məğlub edən İstanbul klubu səfər oyununda 2 cavabsız qolla mərhələni adlayıb. Üçüncü mərhələdə “Neftçi”yə rəqib olan İstanbul təmsilçisinin təcrübəli çalışdırıcısı “ağ-qaralar”la görüşdə komandasının daha yaxşı formaya düşəcəyini bildirib: “Qazanaraq yolumuza davam edirik. Gələcək maçlarda bundan da yaxşı olmaq istəyirik. “Neftçi”nin qarşısına daha hazırlıqlı çıxacağıq”.
Həmçinin mütəxəssis “Neftçi”ni növbəti mərhələyə adlaması münasibəti ilə də təbrik edib.
Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları avqustun 10-u, cavab qarşılaşmaları avqustun 17-i olacaq.