“Neftçi” – “Olimpiakos” matçının biletləri satışa çıxarılır

Çempionlar liqasının 2-ci təsnifat mərhələsində “Neftçi” və Yunanıstan “Olimpiakos”u arasında keçiriləcək cavab matçının biletləri 26 iyul saat 12:00-da satışa çıxarılacaq. Alsport.az xəbər verir ki, qiyməti 5 manat (1A, 2A, 4A, 5A, 1B, 2B), 10 manat (3B) və 20 manat (3A) təşkil edən biletləri 8-ci km stadionunun kassalarından əldə etmək olar.

Kassalar saat 21:00-dək işləyəcək. İyulun 28-də 8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Olimpiakos” oyunu saat 21:00-da başlayacaq. Yunanıstanda keçirilən ilk oyunda “Neftçi” 0:1 hesabı ilə məğlub olub.

Həmin kateqoriyadan