“Neftçi” “Qalatasaray”la üz-üzə

Bu gün Avropa liqasında 2-ci təsnifat mərhələsinin oyunları keçiriləcək. Allsport.az xəbər verir ki, “Neftçi” Türkiyənin “Qalatasaray” klubu ilə qarşılaşacaq.

Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Cütün qalibi növbəti mərhələdə “Renova” (Şimali Makedoniya) – “Hayduk” (Xorvatiya) oyununda üstün olan komandanı qəbul edəcək.

Avropa Liqası
II təsnifat mərhələsi

17 sentyabr
20:00. “Neftçi” (Azərbaycan) – “Qalatasaray” (Türkiyə)
Hakimlər:
 Kevin Klensi, Devid Makqişi, Qrem Stüart, Euan Anderson (hamısı Şotlandiya)
Bakı olimpiya stadionu.

Həmin kateqoriyadan