- Baxış sayı: 119
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 218
- Avqust 05, 2026
- 0

Transfer çalışmalarını davam etdirən “Neftçi” daha bir keçidi rəsmiləşdirib. Allsport.az saytı xəbər verir ki, qanalı futbolçu Kvame Karikari ilə 2 il müddətinə müqavilə imzalanıb. 26 yaşlı hücumçu 11 nömrəli futbol geyimində çıxış edəcək.
Sonuncu klubu “Əl Ərəbi” (Qətər) olan forvard Qananın “İnternational Ellies”, gənclərdən ibarət millisi, İsveçin AİK, “Deqerfors”, “Halmstad”, Türkiyənin “Balıkəsirspor”, Norveçin “Hauqesund”, Ukraynanın “Stal”, Qətərin “Əl Marhiya” klublarında oynayıb.