- Baxış sayı: 133
- 08 May 2026 23:17
- Baxış sayı: 173
- May 08, 2026
- 0
Antalyada təlim-məşq toplanışını davam etdirən «Neftçi» klubu qış fasiləsində heyətini yalnız 3 futbolçu ilə gücləndirdi. 8-qat ölkə çempionu «Bakı»dan Aqil Məmmədovla Rəhman Hacıyev və «Xəzər Lənkəran»dan Rauf Əliyevi komandaya qatdı.
Allsport.az saytına daxil olan məlumata görə, «ağ-qaralar» transferdə bununla kifayətləniblər. Baxmayaraq ki, ölkə çempionatında qarşısına bu il də ciddi məqsəd qoymuş «Neftçi» lider «Qarabağ»dan 8 xal geri qalır.
Üstəlik, flaqman son zamanlar «İnter»in müqaviməti qıra bilmir. «Bankçılar», öz növbəsində, üst sırada gərgin rəqabətdə Arif Əsədovun komandasını yarış cədvəlində 3 xal qabaqlayır.