“Neftçi” səfərdə heç-heçə etdi

“Neftçi” konfrans liqasının 2-ci ələməsinin ilk oyununda Bosniya və Hersoqovinada “Jelezniçar”la qarşılaşıb.

Allsport.az saytı xəbər verir ki, Sarayevoda keçirilən görüşdə meydan sahibləri ilk hissəni 2:1 üstün bitirsə də, növbəti yarıda qonaqlar geridönüş edə biliblər. Baş hakimin əlavə etdiyi 8 dəqiqədə “xalq komandası” bərabərlik qolunu vurub.

Bizdən Kilan Lebon (44 dəq) və Rəhman Hacıyev (90+5 dəq) fərqləniblər.

Tərəflər arasında cavab oyunu avqustun 3-də Bakıda keçiriləcək.

Həmin kateqoriyadan