FOTO
“Neftçi” üzvlük kartları satmağa başladı

“Neftçi” PFK bu gün üzvlük kartlarının satışına start verib. Allsport.az xəbər verir ki, satış “28 MALL” ticarət mərkəzinin birinci mərtəbəsində həyata keçirilir.

Satışda üç növ üzvlük kartı var. Kartı almağınız üçün satış məntəqəsinə şəxsiyyət vəsiqəsi ilə yaxınlaşıb sadə anketi doldurmağınız kifayətdir. Üzərində “Neftçi” PFK-nın əfsanəsi A. Banişevskinin şəkli olan kartlardan ilki onun nəvəsi, hazırda “Neftçi”nin Əvəzedici komandasında çıxış edən Əli Babayevə təqdim edilib.

Qeyd edək ki, satış hər gün 10:00-dan 22:00-dək davam edir. Üzvlük kartları haqqında məlumatlar aşağıdakı kimidir:

Neftçi KART – 19,37 AZN
NeftçiKART sahibi mövsüm ərzində “Neftçi”nin keçirəcəyi bütün ev oyunlarına bilet əldə edir və öz istəyinə uyğun olaraq yer seçimi edə bilər (VIP və SkyBox yerləri xaric).
NeftçiKART əldə edən hər şəxsə azarkeş maykası və ya şərf hədiyyə olunacaq.

Neftçi VIP – 193,7 AZN
NeftçiVIP sahibi mövsüm ərzində “Neftçi”nin keçirəcəyi bütün ev oyunlarına VİP sektora bilet əldə edir.
NeftçiVİP sahibi stadionun ətrafındakı parkinqdən yararlana bilər.
NeftçiVİP kartlnı əldə edən hər şəxsə komandanın orijinal forması, azarkeş maykası və şərf hədiyyə olunacaq.

Neftçi ELİT – 1937 AZN
NeftçiELİT sahibi mövsüm ərzində “Neftçi”nin keçirəcəyi bütün ev oyunlarına SkyBox üçün biletlər əldə edir. Keyterinq qiymətə daxildir.
NeftçiELİT sahibi komandanın hər bir ev oyununa 2 (iki) nəfər qonaq dəvət edə bilər və stadionun içindəki parkinqdən yararlana bilər.
NeftçiELİT sahibinə komandanın orijinal forması, azarkeş maykası, idman kostyumu və şərf hədiyyə olunacaq.

Həmin kateqoriyadan