“Neftçi” və “Qarabağ”ın cavab oyunlarına hakim təyinatları

Azərbaycan klublarının konfrans liqasının pley-ofunun cavab oyunlarına təyinatlar açıqlanıb.

Allsport.az saytı xəbər verir ki, “Neftçi”nin İsraildə Hayfa “Makkabi”sinə qarşı oyununu şimali makedoniyalı Aleksandr Stavrev idarə edəcək.

Ona həmyerliləri Deyan Kostadinov və Qoçe Peterski köməklik göstərəcəklər. 4-cü referi Deyan Yakimovskidir.

“Qarabağ”ın Şotlandiya “Aberdin”i ilə səfər görüşü avstriyalı Harald Lexnerə tapşırılıb. Andreas Haydenrayx və Maksimilian Kolbiç yan xətt hakimləri, Culian Vaynberger 4-cü ədalət təmsilçisi olacaq.

Hər 2 cavab oyunu avqustun 26-da keçiriləcək.

Həmin kateqoriyadan