“Neftçi” və “Səbail” səpələnmişlərdə

Yeni mövsümündə ölkəmizi Avropa liqasının 1-ci təsnifat mərhələsində təmsil edəcək “Neftçi” və “Səbail”in püşkatma zamanı hansı səbətdə yer alacağı bəlli olub. Komandalarımız güclülərin sırasında qərarlaşacaq. Belə ki, 3,800 reytinqə malik olan hər iki klub səpələnmişlər səbətində qərarlaşacaq. İlk ələmədə mübarizə aparacaq 94 komandadan hələlik 50-sinin iştirakı dəqiqdi. Onlardan 24-ü səpələnmiş, 22-si səpələnməmişlərdə olacaqsa, 4 klubun durumu qeyri-müəyyəndi. 

Səpələnmişlər: “Malmö”, “Norçepinq” (hər ikisi – İsveç), “Molde”, “Brann”, “Hoqesun” (Norveç), “Vidi” (Macarıstan), “Dinamo”, “Vitebsk”, “Şaxtyor” (Belarus), “Spartak” (Slovakiya), “Jalgiris” (Litva), “Reyncers” (Şotlandiya), “Kayrat” (Qazaxıstan), “Vardar” (Makedoniya), “Kruzaders” (Şimali İrlandiya), “Ventspils” (Latviya), “Styarnan” (İslandiya), “Fola” (Lüksemburq), “Vaduts” (Lixtenşteyn), “Tobol”, “Ordabası” (hər ikisi Qazaxıstan), “Neftçi”, “Səbail” (Azərbaycan), “Kork Siti” (İrlandiya) 

Səpələnməmişlər: “Dunayska Ştreda” (Slovakiya), “Çixura”, “Torpedo” (hər ikisi – Gürcüstan), B-36 (Farer adaları), “Milsami”, “Petrokub” (hər ikisi Moldova), “Liepaya”, “Riqa” (Latviya), “Trans”, “Flora” (Estoniya), “Qzira”, “Hibernian” (Malta), “Reykyavik”, “Breydablik” (İslandiya), “Şemrok Rovers”, “Sent-Patriks” (İrlandiya), “Şiroki Briyeq” (Bosniya və Hersoqovina), “Konnak” (Uels), “Kuopio”, “Rovaniemi”, “İnter” (Finlandiya), “Ştumbras” (Litva) 

Qeyri-müəyyənlər: “Dinamo” (Gürcüstan), “Jelezniçar” (Bosniya və Hersoqovina), “Trakai” (Litva), “Levadiya” (Estoniya). 

Qeyd edək ki, 3-cü təmsilçimiz (Azərbaycan kubokunun qalibi) 2-ci ələmədən mübarizəyə qoşulacaq. Avropa liqasında ilk 2 təsnifat mərhələsinin püşkatması iyunun 18-19-da İsveçrənin Nyon şəhərində keçiriləcək.

Həmin kateqoriyadan