“Neftçi” və “Zirə” 2-ci ələmədə hansı rəqiblərlə qarşılaşacaq?

İsveçrənin Nyon şəhərində konfrans liqasının 2-ci ələməsinin püşkatması keçirilib.

Allsport.az saytı xəbər verir ki, “Neftçi” bu mərhələdə “Dinamo” (Minsk, Belarus) – “Sileks” (Şimali Makedoniya) cütünün qalibi ilə üz-üzə gələcək.

“Zirə” klubu Gürcüstan “Torpedo”sunu adlayacağı halda, “Hegelmann” (Litva) – “Payde” (Estoniya) cütünün ən güclüsü ilə qarşılaşacaq.

KL-də 2-ci təsnifatın ilk oyunları iyulun 23-də, cavab görüşləri ayın 30-da olacaq.

Həmin kateqoriyadan