“Neftçi” yeni keçidini iştirak ərizəsinə əlavə etdi

“Neftçi” yeni transferi Aron Olanarenin adını konfrans liqasının 3-cü təsnifatında “Beşikdaş” ilə oyunlar üçün iştirak ərizəsinə əlavə edib.

Allsport.az saytı xəbər verir ki, UEFA-nın rəsmi saytının matçla bağlı proqramında nigeriyalının adı hücumçular sırasında yer alıb.

“Ağ-qaralar” dünən onunla 1 illik müqavilə bağlayıb. 29 yaşlı futbolçu 25 nömrəli geyimdə çıxış edəcək.

Bu gün görüş “Neftçi arena”da saat 21:00-da başlayacaq.

Həmin kateqoriyadan