“Neftçi” yoluna davam edir, “Keşlə” və “Sumqayıt”dan erkən vida

Avropa liqasında I təsnifat mərhələsinin oyunları keçirilib. Allsport.az xəbər verir ki, ölkəmizi turnirdə təmsil edən “Neftçi”, “Keşlə” və “Sumqayıt” klubları ilk matçlarını keçirib.

“Neftçi” “Bakcell Arena”da Şimali Makedoniyanın “Şkupi” klunu 2:1 hesabı ilə məğlub edərək II təsnifat mərhələsinə yüksəlib.

“Sumqayıt”ın isə Avropa liqasındakı debütü uğursuz olub. “Kimyaçılar” “Kapital Bank Arena”da Şimali Makedoniya təmsilçisi “Şkendiya”ya 0:2 hesabı ilə uduzaraq turnirlə vidalaşıb.

“Keşlə” də mübarizəni erkən başa vurub. “Qırmızılar” “ASK Arena”da Albaniyanın “Laçi” klubunu qəbul edib. Matçın əsas və əlavə vaxtında hesab açılmayıb. Penaltilər seriyasında isə albanlar üstün olub.

Həmin kateqoriyadan