- Baxış sayı: 44
- 22 İyun 2026 04:04
- Baxış sayı: 33
- İyun 22, 2026
- 0

Bakı klubu braziliyalı yarımmüdafiəçi Qustavo Klisman Dimaraeş Mirandanı heyətinə qatıb. Allsport.az saytı xəbər verir ki, 26 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanılıb.
O, fəaliyyətinin böyük hissəsini Portuqaliyada keçirib. 2025-ci ildə icarə əsasında Yaponiya “Vissel Kobe”sində çıxış edib. Mirandanın sonuncu klubu “Santa Klara” olub. Orada 74 oyunda 3 qol vurub və 7 ötürmə edib.