- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 43
- İyun 22, 2026
- 0

“Neftçi” 600-cü qolunu buraxıb. Allsport.az saytı xəbər verir ki, “Sumqayıt”a 2:3 hesabı ilə uduzan Bakı klubunun buraxdığı son top xoş olmayan yubiley xarakteri daşıyıb.
1992-ci ildən keçirilən bütün ölkə çempionatlarında iştirak edən bakılılar, 775 matçda 600 qola üzülüb. Bunlardan 259-u evdə, 327-si səfərdə, 14-ü neytral meydanda qeydə alınıb.
Ölkə çempionatında ən çox qol buraxan komanda “Turan”dır – 690 top.