“Neftçi”nin baş məşqçisi: İlk matçda nəticənin təsadüfi olduğunu göstərməliyik

Konfrans liqasının 2-ci ələməsində iyulun 28-i saat 21:00-da “Bakcell arena”da “Neftçi” “Aris” görüşü baş tutacaq. Allsport.az saytı xəbər verir ki, baş məşqçimiz Laurentsiu Regekampf oyun öncəsi mətbuat konfransında bunu deyib:

“Kiprdə məğlub olduğumuz ilk oyunu təhlil etdik. Sabahkı oyunda bir məqsədimiz var, meydana çıxıb ilk matçdakı nəticənin təsadüfi olduğunu göstərməliyik.

“Aris”ə hörmətlə yanaşırıq, amma sabah oyunda dönüş yaratmaq üçün əlimizdən gələni ecəcəyik. Həm özümüz, həm də azarkeşlərimiz üçün qalib gəlib mərhələ adlamağa çalışacağıq”.

Həmin kateqoriyadan