- Baxış sayı: 119
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 218
- Avqust 05, 2026
- 0

Çempionlar liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Dinamo” (Tbilisi) – “Neftçi” matçının hakimləri açıqlanıb. Allsport.az xəbər verir ki, görüşü İsraildən olan hakimlər briqadası idarə edəcək.
Baş hakim David Fuksman olacaq. Ona Nati Dotan və Matityahu Yakobov kömək edəcəklər. Dördüncü hakim funksiyasını İdan Leiba yerinə yetirəcək. UEFA nümayəndəsi Lukas Soyski (Polşa), hakim-inspektor isə Uilyam Yanq (Şotlandiya) olacaq.
İyulun 7-də “Dinamo Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə 20:00-da başlayacaq.