“”Neftçi”nin indiki durumu qrup mərhələsinə düşəcək səviyyədə deyil”

“Neftçi” – “Dinamo” (Tiflis) arasında çempionlar liqasının ilk ələməsinin cavab oyununda öncə, bu gün meydana sahibləri mətbuat konfransı keçirdo. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Samir Abbasov həlledici görüşlə bağlı bunu dedi:

“Sabah xoş gündür. Uzun aradan azarkeşləri stadionda görə biləcəyik. Bu məsələdə zəhməti olan hər kəsə təşəkkürümü bildirirəm. Müəyyən gərginlik var. Bildiyiniz kimi, səfər qolu üstünlüyü ləğv olunub. Əvvəl taktika fərqli idi, indi öz yerində uduzan səfərdə rahat çıxacaq.

Nisbi üstünlüyümüz var, amma rahatlaşmaq olmaz, öz oyunumuzu daha yaxşılaşdırmalıyıq. 1-2 mövqedə güclənməliyik. Transferlərdə çətinliyimiz var. Hərçənd elə məsələlər var, məndən asılı deyil. Ümumən, “Neftçi”nin indiki durumu qrup mərhələsinə düşəcək səviyyədə deyil”.

Həmin kateqoriyadan