- Baxış sayı: 3
- 07 Avqust 2026 12:42
- Baxış sayı: 190
- Avqust 05, 2026
- 0

“Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov “Sabah”la oyun (3:0) haqda fikrini bildirib. Allsport.az saytı xəbər verir ki, kapitan növbəti matçlarda xal itirməməyə çalışacaqlarını deyib:
Oyunumuz yaxşı alındı. Məncə, “Səbail”lə olduğu kimi oynadıq, sadəcə, həmin görüşdə bəxtimiz gətirməmişdi. Keçən həftə təhlükəli hücumları qola, üstünlüyümüzü qələbəyə çevirə bilməmişdik, bu gün isə çevirdik.
Bizim üçün hər oyunda qalib gəlmək vacibdir. “Səbail”lə “Zirə”ni də məğlub etməliydik. Çox şadam ki, nəhayət, qalib gəldik. Bundan sonra xal itirməyə haqqımız yoxdur. İnanıram ki, qələbənin ardı gələcək”.