«Neftçi»nin keçmiş futbolçusu “Traktorsazi”ni dayandırdı

İran kubokunun 1/4 final mərhələsində Təbrizin “Traktorsazi” klubu “Padideh Şandiz”lə qarşılaşıb. Allsport.az saytı xəbər verir ki, oyunun əsas vaxtı heç-heçə bitib (1:1).

Görüşün əlavə vaxtında «Neftçi»nin keçmiş futbolçu Bahadır Nəsimov qələbə topunu vurub.

Arazın bu tayında rəğbətlə izlənilən “Traktorsazi” ölkə kuboku ilə vidalaşsa da, Pro liqada işi yaxşı gedir. Təbriz təmsilçisi hazırda 28 xalla yarış cədvəlinin ilk pilləsində qərarlaşıb.

Həmin kateqoriyadan