“Neftçi”nin potensial rəqibi “qara siyahı”sını açıqlayıb

“Neftçi”nin qitə liqasının pley-ofunda potensial rəqibi “Fənərbağça” heyətini təmizləyəcək. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Vitor Pereyra son yoxlama görüşündən sonra, “qara siyahı”sını rəhbərliyə təqdim edib.

Portuqaliyalı mütəxəssis konkret olaraq Joze Sosa, Ozan Tufan, Zanka, Nabil Dirar, Mauritsio Lemos və Sinan Gümüşün göndərilməsini istəyir. O, Məsud Özil, Canər Ərkin, Osayi-Samuel və Sərdar Əzizin hazırkı durumundan məmnun deyil.

“Ağ-qaralar” Avropa liqasının 3-cü təsnifatında Finlandiya HİK-ini keçərsə, pley-ofda “sarı bülbüllər”lə qarşılaşacaq.

Həmin kateqoriyadan