“Neftçi”nin rəqibi: “Ümid edirəm ki, qrupda oynaya biləcəyik”

Hayfa “Makkabi”sinin (İsrail) baş məşqçisi Barak Bahar konfrans liqasının pley-ofunda “Neftçi”yə qarşı cavab oyunundan əvvəl fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, o, qrup mərhələsinə yüksəlmək istədiklərini deyib:

“Çiyinlərimizdə çox yük var. Cümə axşamı vəzifəmizi tamamlayıb, qrup mərhələsinə yüksəlməliyik. Bu mövsüm oyunlarımız çoxdur. Ümid edirəm ki, Avropada daha irəli gedə, qrup mərhələsində oynaya biləcəyik. Yaxşı heyətimiz var və bu oyunçular onlara etibar edə biləcəyimi göstərdilər. İnanıram ki, vəzifəmizi öz evimizdə tamamlayacağıq”.

Qeyd edək ki, avqustun 26-da keçiriləcək “Makkabi” – “Neftçi” matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bakıdakı ilk görüş 3:3 hesabı ilə bitib.

Həmin kateqoriyadan