- Baxış sayı: 41
- 24 İyun 2026 04:55
- Baxış sayı: 40
- İyun 23, 2026
- 0
“Neftçi Peşəkar Futbol Klubu” Məhdud Məsuliyyətli Cəmiyyətində struktur dəyişikliyi edilib. Allsport.az saytı xəbər verir ki, təsisçinin qərarı ilə “icraçı direktor” vəzifəsi ləğv edilib, “prezident” və “vitse-prezident” vəzifələri yaradılıb.
Bayraqdarın fəaliyyətinə rəhbərlik cəmiyyətin təkbaşına icra orqanı olan prezident tərəfindən həyata keçiriləcək. Orxan Hüseynzadə müvafiq qərarla prezident, Elnur Eyvazov vitse-prezident təyin ediliblər.
Müşahidə Şurası əvvəlki tərkibdə “Neftçi”nin idarə olunmasına nəzarəti həyata keçirəcək.