- Baxış sayı: 127
- 28 Mart 2023 00:42
- Baxış sayı: 127
- Mart 28, 2023
- 0
Avropa liqasının pley-off mərhələsinin 2-ci oyununda PSV və “Sevilya” oyununda qalmaqal yaşanıb. Allsport.az saytı xəbər verir ki, qarşılaşma zamanı meydana daxil olan yerli azarkeş “əndəluslar”ın qapıçısı Marko Dmitroviçə hücum etmək istəyib.
Qonaqların 34 yaşlı 1,94 metrlik serbiyalı qapıçısı onu vurmaq istəyən şəxsi zərərsizləşdirib. Sonra sahəyə girən mühafizəçilər hücumçunu meydandan çıxarıblar.
Bu matçı Niderland klubu 2:0 qazansa da, ilk görüşdə İspaniya təmsilçisi 3:0 hesabı ilə qalib gəldiyindən, 1/8 finala adını yazdırıb.