Nikola Yurçeviçin qızlarını ölkəmizdə nələr heyran edib?

Millimizin baş məşqçisi Nikola Yurçeviç paytaxta dönüb. Allsport.az saytı xəbər verir ki, o bu dəfə Zaqrebən ailəliklə tam tərkibdə çıxıb. Həyat yoldaşı Sandra Yurçeviçlə yanaşı Xorvatiya paytaxtında təhsil alan qızları Laura və Lana da Bakıya təşrif buyurublar.
 
Amma onların Bakıya gəlişi təkcə atalarının yeni işiylə tanış olmaq, onu burda darıxmamağa qoymamaq deyil. Gənc qızlar Formula1 Azərbaycan qran-prisini izləyəcəklər. Axı vətənlərində belə fürsət heç vaxt olmayacaq. Üztəlik, yarışın gedişində hər axşam dünya ulduzlarının iştirakı ilə “Büllur” sarayda konsert proqramları olacaq.

Yurçeviçlər “Bulvar otel”də lüks otaqlarda məskunlaşıblar. Onlar “İnstagramm” vasitəsiylə burda gördüklərini dostları ilə paylaşıblar. Ölkə kubokunda keçirilən “Qəbələ” – “Qarabağ” qarşılaşmasını izləyənlər arasında xorvatiyalı gözəllərdə də olub.

İlk dəfə əyalətə üz tutan baş məşqçimizi səfər zamanı köməkçiləri yox, məhz həyat yoldaşı və qızları müşayət edib. Onlar Bakıda olduğu kimi, Qəbələdə də gördüklərindən təəccüblənib, xoş mənzərə ilə qarşılaşdıqlarını bildiriblər.
 

Həmin kateqoriyadan