Nikolay Adam: ” Sloveniya ilə oyuna ciddi hazırlaşacağıq”

19 yaşadək futbolçular arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin 2-ci matcına çıxan millimiz slovakiyalı həmyaşıdlarına 1:4 hesabı ilə məğlub olub. Allsport.az saytı xəbər verir ki, oyundan sonra U-19-un baş məşqçisi Nikolay Adam qarşılaşma ilə bağlı fikrini affa.az-a bildirib:

“Slovakiya ilə oyunun çətin keçəcəyini bilirdik. Çünki bu komandanın heyətində rəqibin səhvlərini bağışlamayacaq səviyyədə futbolçular yer alıb. Onlar bütün şanslardan effektli istifadə edirlər. Şənbə günü bizi finala bərabər oyun gözləyir. Sloveniya ilə oyuna ciddi hazırlaşacağıq. Bu matçda qələbə qazanmaq istəyirik. Fikrimcə, bu mümkündür”.

Həmin kateqoriyadan