Norveçin hücumçusu Azərbaycanı asan rəqib saymır

Norveç millisinin hücumçusu Tarik Elyunussi AÇ-2016-nın seçmə mərhələsidə “ay-ulduzlular”ımıza qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, o, açıqlamasında rəqibə hörmətlə yanaşdığını qeyd edib:

“Azərbaycan millisi son oyunlarında 14 qol buraxıb. Mart ayından etibarən qələbə qazana bilmirlər. Amma bu, hələ heç nədən xəbər vermir. Hər bir oyun ayrı tarixdir. Məsələn, eyni sözləri Albaniya haqda da demək olar.

Halbuki, onlar səfərdə Portuqaliyaya qalib gəldilər. Müasir futbolda asan rəqib yoxdur. Düzdür, bizim qələbə qazanmaq şansımız var. Amma hər bir rəqibə hörmətlə yanaşırıq. Bakıya səfərimiz və oradan 3 xalla qayıtmaq heç də asan olmayacaq”.

Həmin kateqoriyadan