“Nou Kamp” azarkeşlərlə təsirli xoş bir vida

“Barselona”nın hücumçusu Robert Levandovski la liqanın 37-ci turunda “Betis” üzərində 3-1 hesablı qələbədən sonra azarkeşlərlə vidalaşıb. Allsport.az saytı xəbər verir ki, bu, klubun “Kamp Nou”da mövsümün son ev oyunu idi. 37 yaşlı polşalı futbolçu mövsümün sonunda ayrılacağını öncədən açıqlamışdı:

“Bu, mənim üçün çox həyəcanlı və çox çətin bir gündür. “Barselona”ya gələndə bilirdim ki, bu klub əladır, amma sevginiz və dəstəyiniz sayəsində hər şey inanılmaz oldu. İlk gündən özümü evdəki kimi hiss etdim. Adımı necə səsləndirdiyinizi heç vaxt unutmayacağam”.

Həmin kateqoriyadan