“Növbəti mövsümə çox ciddi hazırlaşıb, çempionluq uğrunda mübarizə aparacağıq”

“Neftçi”nin baş məşqçisi Roberto Bordin premyer liqanın 28-ci turunda “Qarabağ”la oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, italiyalı mütəxəssis 2:3 uduzduqları görüşdən razı qalıb:

“Komandamın oyunundan və çempionatın səviyyəsindən tam razıyam. Düzdür, biz birinci yerdə idik, amma bəzi oyunlarda xallar itirdik. Sonadək mübarizə apardıq. Oyun məni qane etdi.

“Qarabağ” bunadək çempionluğu təmin etsə də, bu gün hər iki komanda yaxşı oyun göstərdi. Ümumilikdə çempionatı dəyərləndirsəm, komandamızın oyunundan razıyam. Çempionluq uğrunda güclü komandaya qarşı mübarizə apardıq.

Moldova və Azərbaycan çempionatlarının hərəsinin öz yeri var. Burada çox yaxşı futbolçular gördüm. Onlarla işləmək xoşdur. Növbəti mövsümə çox ciddi hazırlaşıb, çempionluq uğrunda mübarizə aparacağıq”.

Həmin kateqoriyadan