Nuran Qurbanov “Qəbələ”yə keçir?

Deyəsən, qışda bir çox gənc futbolçu “Bakı”dan ayrılacaq. Allsport.az saytı xəbər verir ki, onların çoxunun ünvanına iddialı klublardan təkliflər gəlib. Belə futbolçulardan biri də Nuran Qurbanovdur.

Rekord.az-in əldə etdiyi məlumata görə, bu futbolçu qışda “Qəbələ”yə keçə bilər. Baş məşqçi Dorniel Muntyanu yarımmüdafiəçinin oyununu görüb və bəyənib. Odur ki, gənc havbeki öz komandasında görmək istəyir.

“Bakı”da maddi sıxıntıların davam etdiyini nəzərə alsaq, Qurbanovun qışda Qəbələyə yollanacağı real görünür. Qeyd edək ki, Nuran “Bakı”dan öncə məhz “qara-qırmızılar”ın şərəfini qoruyub.

Həmin kateqoriyadan