“O, dahi idi”

“Milan”, “Real” və Rusiya millisinin sabiq baş məşqçisi Fabio Kapello qeyd edib ki, “Barselona”nın 16 yaşlı cinah oyunçusu Lamin Yamalı Kriştiano Ronaldodan böyük futbolçu hesab etdiyi Lionel Messi ilə müqayisə etmək olmaz.

Allsport.az xəbər verir ki, bu barədə keçmiş mütəxəssis özü açıqlama verib:

“İlk dəfə Messinin oyununu Qamper kubokunda görmüşəm. Oyuna 20-25 dəqiqə qalmış Raykarda yaxınlaşdım və ondan Lioneli həmin mövsüm üçün icarəyə götürməyimi xahiş etdim. O, dahi idi. Laminin bir çox xüsusiyyətləri var və çox maraqlı oyunçudur, amma onu dahi adlandırmaq olmaz. Messi, Pele və Maradona onlar idi, Ronaldo onlara çox yaxın idi”.

Həmin kateqoriyadan