Obameyanq bombardirlik yarışında vahid lider oldu

Avropa liqasının 1/8 final mərhələsinin ilk oyununda “Marsel” “Vilyarreal”ı qəbul edib.

Allsport.az xəbər verir ki, birinci hissədən sonra Fransa klubu 3:0 hesabı ilə öndə olub. “Provanslar”ın bu oyunda 3-cü və 4-cü qolunun müəllifi hücumçu Pyer-Emerik Obameyanq olub.

Bu, qabonlunun Avropa liqasında 33-cü qolu olub. O, hazırda Avropa liqası/UEFA kuboku tarixinin bombardiridir.

Görüş ev sahibinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Həmin kateqoriyadan