Oblak 61-ə çatdı

“Atletiko”nun qapıçısı Yan Oblak 2000-ci ildən bəri Madrid klubunda bir mövsümdə 60-dan çox qol buraxan 3-cü qapıçı olub.

Allsport.az xəbər verir ki, Madrid “Borussiya”ya 1/4 final cavab oyununda 2:4 hesabı ilə (ilk oyun 2:1) məğlub olaraq çempionlar liqasını tərk edib. Bununla slovakiyalı qolkiper 61-ci qolunu buraxmış olub.

“Atletiko”da bir mövsümdə 60-dan çox qol buraxan sonuncu qapıçılar Xose Fransisko Molina (1999/00 mövsümündə 64) və David De Xea (2010/11 mövsümündə 65) olub.

Həmin kateqoriyadan